Dəyişikliklər
Əsgərlik qabağı həyatındakı ilk dəyişiklik insanların sənə münsaibətini ilə başlayır. Bu sanki ələnmə prosesidir. Bizim ətrafımızda olan insanları necə dəyərləndiririk? Şad günümüzdə bizimlə olanları yaxınımız qəbul edirik. Sonra isə çətin günümüzdə yanımızda olan insanlara baxırıq. Sonra isə nəticə çıxarırıq, həm çətin, həm də xoş günümüzdə bizimlə olanları özümüzdən bilirik. Əsgərlik isə bu anlamda nəsə özünəməxsus bir hadisədir – kimin üçünsə xoşdur, kimin üçünsə bəd. Burada hər kəsin safı bilinir. İl boyu ətrafında fırlanıb səndən nəsə umanlar birdən yox çıxırlar. Çünki, bir il səndən istifadə edə bilməyəcələr. Zənglərin sayı azalır, smslərin sayı azalır, diqqət azalır… Bütün bunlar nədən irəli gəlir? Cavabı axtarsaq fəlsəfəyə baş vurmalı olacağıq. İnasanlardır, yaxşısı var, pisi var… Bəlkə də bunların kökündə cəmiyyətimizdə əsgərə hörmətin olmaması durur? Bəs əsgəri hörmətsiz edən nədir ?
- Cəmiyyətdə hörmət pulla ölçülür
- Pulu olan əsgərliyə getmir
- Əsgərsənsə pulun yoxdur, hörmətsizssən.
Qəribədir, ictimai fikri kim formalaşdırır ? Çoxluq yoxsa elita? Əgər çoxluqdursa, çoxluq onsuz da hərbi xidmətdədir. Bu insanın özü-özünə əks getməsidir. Əgər elitadırsa, ağzında elita deyirsən, onlar bunun yanlış olduğunu hamıdan yaxşı bilməlidirlər. Bəlkə problem elə bu elitadadır?
Suallar çox, vaxt isə az…