Gündəliyimin 10-cu səhifəsinə qədəm qoydum. Hərdən dönüb geriyə, 10 gün əvvələ baxıram və bir daha əmin oluram ki, bizim cəmiyyətdə əsgərə qiymət vermirlər. Bunu əsgər olmamışdan qabaq hiss etməyə başlayırsan. İradəsi zəif olanlar artıq indidən mənəvi cəhətdən əzilməyə başlayıblar. Gənc çağırışçılar da bu mənasibət qarşısında tab gətirmirlər. Kimisi qaraqabağ olur, aqressivləşir, əsəbilik artır, nifrət artır, [...]
Archive for İyun, 2008
Gün 10
İyun 10, 2008SRIV yaxınlaşır
İyun 9, 2008Son zamanlar çox əsəbi olmuşam. Xüsusilə üzündə tupoy vırajenie olan insanların “Bıy səni hələ aparmayıblar?” sualın eşidəndə öz hərəkətlərimə sərhədd qoymaq istəmirəm. Birincisi məni aparmırlar, özüm gedirəm. İkincisi də, f**k off sənə nə mən nə vaxt gedirəm? Bu ayı davasız yola verə ilsəm sevinərəm. Günümün böyük hissəsi yenə də kitablarla keçir.
EURO 2008
İyun 8, 2008Bu günlər yenə də darıxdırıcı olur. Bütün günü evdı dərs oxumuşam. Nə yaxşı ki, Avvropa çempionatı da başladı. Bir az baş qatmaq olur. İtaliyanın oyununu böyük səbirsizliklə gözləyirəm.
Dəyişikliklər
İyun 7, 2008Əsgərlik qabağı həyatındakı ilk dəyişiklik insanların sənə münsaibətini ilə başlayır. Bu sanki ələnmə prosesidir. Bizim ətrafımızda olan insanları necə dəyərləndiririk? Şad günümüzdə bizimlə olanları yaxınımız qəbul edirik. Sonra isə çətin günümüzdə yanımızda olan insanlara baxırıq. Sonra isə nəticə çıxarırıq, həm çətin, həm də xoş günümüzdə bizimlə olanları özümüzdən bilirik. Əsgərlik isə bu anlamda nəsə özünəməxsus [...]
Universitet
İyun 6, 2008Bu gün maqistr jurnalı aldım. Mənim ixtisasıma qəbul planlı çox azdır. İndiyədək oxuduqlarım yetərsiz ola bilər. Yaxın günlərdə dərslədə daha diqqətli olmalıyam. Bu arada universiteti də bitirmək üzrəyəm. 4 il bir göz qırpımında keçdi. Əldə etdiyim isə həyat təcrübəsi, yaxşı dostlar, bir az bilik və ümid edirəm ki, bir parça kağız – diplom olacaqdır. Diplom demişkən, diplom işimi [...]
“Magistr” jurnalı çıxdı
İyun 5, 2008Bu hərb məsələlərindən ayrılıb bir az da mülki həyatdakı işlərimizi yekunlaşdıraq. TQDK-nın “Magistr” jurnalı artıq satışdadır. Saytlarına baxdım, ixtisas siyahısı yox idi. Təcili jurnal almaq lazımdır. Bir az da hazırlşmaq
Yenidən əvvəlki həyat
İyun 4, 2008Komissarlıqdan qayıtdıqdan bir gün sonra yenə həyat əvvəlki axarı ilə davam edir. Özümün nə hisslər keçirdiyin bundan sonrakı yazımda yazacağam. İndi isə ətrafdakılardan danışmaq istəyirəm. Əvvəlki gendəlik həyat. Nəzərə çarpacaq çox az dəyişiklik var. İnda daha çox gənc hərbi xidmət və əsgərlikdən danışır. Müzakirə edir, yaxınlarının təcrübələrini bölüşür və hər kəs müəyyən hansısa hərbi hissənin [...]
Mənim növbəmdir
İyun 2, 2008Yuxulu olduğumdan telefonda danaışan şəxsin sözlərini tam olaraq anlamırdım. Tuta bildiklerimi tez bir şəkildə vərəqə yazdım.
Bir saatdan sonra Hərbi Komissarlıqda idim. Daha yarım saat sonra isə əlimdə kiçik ağ vərəq tutmuşdum : …ƏMR EDİRƏM 01 iyul 2008-ci il saat 9:00-da hərbi xidmətə yola düşmək üçün…
Bu doğurdan da qəribə hisslər idi və həyəcanlı və qururverici…
İlk yazı
İyun 1, 2008Bu Azərbaycan Milli Ordusunda qulluq etməyə hazırlaşan sadə bir Azərbaycan gəncinin gündəliyidir. İlk gündən son günə qədər bütün hadisələri sizlərlə paylaşaraq, Azərbaycanda hərbi xidmətin necə olduğunu birlikdə öyrənəcəyik. Mən bunları yaşayıb yazacaq və sizlərlə bölüşəcəyəm.
Ya Allah!